16 Mart 2015 15:20
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın müdafiəçisi David Alaba "Real"ın maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "AS" qəzeti məlumat yayıb.

Madrid klubu hazırda "Porto"nun müdafiəçisi Danilo ilə danışıqlar aparır. Əgər braziliyalının transferi baş tutmasa, "Real" bütün diqqətini Alabaya yönəldəcək.

Cari mövsümdə Bundesliqada 18 matçda meydana çıxan Alabanın aktivində 2 qol və 1 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: