16 Mart 2015 19:07
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real Madrid”-in yarımmüdafiəçisi Luka Modriç “Levante” ilə görüşdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, xorvat futbolçu zədəsi və həftə axırı oynanılacaq “El Klasiko” haqqındakı fikirlərini jurnalistlərlə bölüşüb:

“Yenidən meydana qayıtdığıma görə sevinirəm. Bu gün biz yaxşı oyun nümayiş etdirdik. “El Klasiko”dan öncə qələbə vacib idi.

“Barselona” ilə matçda öz futbolumuzu oynamalıyıq, özümüz olmalıyıq. İstər hücumda, istərsə də müdafiədə...

Zədə? Hazırda özümü normal hiss edirəm”.

Qeyd edək ki, “Barselona” - “Real” matçı martın 22-i Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər