“Mançester Yunayted”də icarə əsasında çıxış edən “Monako”nun forvardı Radamel Falkao karyerasını “Çelsi”də davam etdirə bilər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Mançester Yunayted” kolumbiyalının çıxışından razı deyil. Onun “Monako”ya qayıtması isə inandırıcı görünmür. “Çelsi” ilə yanaşı, “Yuventus” və “Valensiya” hücumçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 18 matçda meydana çıxan Falkaonun aktivində 4 qol var.
Rüstəm