Protuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun bacısı Elma ilk dəfə qardaşının rusiyalı top-model İrina Şeykdən ayrılmasından danışıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən məlumatına görə, Elma “Hello” jurnalına açıqlamasında məşhur cütlüyün ayrılması onların ailəsinə də çox təsir etdiyni deyib. 41 yaşlı Elma Ronaldonun artıq özünü topladığını bildirib.
“Onların ayrılması ölümə bərabər olmaq kimi bir şeydir. Ancaq artıq hər ikisi irəliyə doğru baxmalıdır. Ona yanında kiminsə olub olmamağı az fərq edir. Ronaldo xoşbəxtdir”.
Qeyd edək ki, Ronaldo ilə İrina 5 illik münasibətlərinə bu ilin yanvarında son qoyublar. Futbolçu mətbuata açıqlamasında “Biz düşündük ki, ikimiz üçün də belə yaxşı olacaq. İrinaya böyük xoşbəxtlik arzulayıram” – deyib.
Rüstəm