Kriştiano Ronaldo “Real”dan ayrıldıqdan sonra ABŞ-a yollanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sports Illustrated”in jurnalisti Qrant Val məlumat yayıb. Kriştiano Ronaldo “Real”dan ayrıldıqdan sonra karyerasını MLS-də davam etdirməyi planlaşdırır.
Bunun 2018-ci ildə reallaşacağı gözlənilir. O zaman Kriştiano azad agent statusunda olacaq.
Ronaldo Dünya çempionatından sonra ABŞ-a köçəcək, 33 yaşında - Bekhemdən gec, Lempard və Cerrarddan tez...
Ronaldonu ilk olaraq sizin də ağlınıza gələn şəhərlər maraqlandırır: Mayami, Los Anceles və Nyu-York.
Rüstəm