18 May 2014 14:30
764

"Bakı" Futbol Klubunun rəhbərliyi, başda Hafiz Məmmədov olmaqla Madrid "Atletiko"sunu İspaniya çempionu olması münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi "Land of fire Azerbaijan" formalı "Atletiko" La Liqanın son turunda "Barselona"da ilə heç-heçə (1:1) etməklə çempion adını qazanıb.

Xatırladaq ki, "Atletiko" bu mövsüm həm də Çempionlar Liqasının finalına yüksəlib.


Müəllif: