21 Mart 2015 12:38
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" futbolçusu Maykl Kerriklə müqaviləni yeniləyib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2015/2016 mövsümünün sonuna qədər uzadılıb.

Qeyd edək ki, M.Kerrik bu mövsüm İngiltərə Premyer Liqasında oynadığı 15 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Xatırladaq ki, M.Kerrik 2006-cı ildən "Mançester Yunayted"də çıxış edir.


Müəllif: