21 Mart 2015 19:57
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ertoğrul Sağlam Braziliya klubunu çalışdıra bilər.

Türk mütəхəssis "Santos"un maraq dairəsinə düşüb.

Məlumata görə, bir nepçə həftə Enderson Moreyranı istefaya göndərən Braziliya klubu baş məşqçi postunu Marselo Fernandesə tapşırıb. Lakin onun komandaya müvəqqəti olaraq başçılıq etdiyi deyilir. Baş məşqçi postuna əsas namizəd isə Ertoğrul Sağlam hesab olunur.

Qeyd edək ki, Ertoğrul Sağlamın son iş yeri "Eskişəhərspor" olub. O, əvvəllər "Samsunspor", "Kayserispor", "Beşiktaş" və "Bursaspor"a başçılıq edib. 45 yaşlı məşqçi 2010-cu ildə "Bursaspor"a Türkiyədə 4 böyüklərdən başqa ilk dəfə çempion olan komanda edib./anspress/


Müəllif:

Oxşar xəbərlər