23 Mart 2015 02:04
888

La Liqada XXVIII turun mərkəzi oyunu “Nou Kamp” stadionunda keçirilib.

Teleqraf.com xəbər verir ki, “Barselona” “Real”ı qəbul edib. Səfərdən qələbə ilə qayıdıb xal fərqini azaltmaq istəyən "Real" arzusuna çata bilməyib. Maçda ilk qolu 19-cu dəqiqədə "Barselona"lı müdafiəçi Mathieu açıb. "Real"ın cavab qoluna isə 31-ci dəqiqədə Ronaldo imza atıb. İlk hissə bu hesablada bitib. İkinci hissədə Suaresin qolu ilə önə keçən "Barselona" hesabı sona kimi qoruyub.

"Barselona": Klaudio Bravo, Daniel Alveş, Jerar Pike, Xavyer Maskerano, Jordi Alba, İvan Rakitiç, Mathieu, Andres İnyesta, Lionel Messi, Luis Suares, Neymar

"Real": İker Kasilyas, Marselo, Serxio Ramos, Pepe, Karvaxal, İsko, Toni Kroos, Luka Modriç, Qaret Beyl, Kriştiano Ronaldo, Kərim Benzema

"Barselona" - "Real" - 2:1

Qol: Matiyu, 19 (1:0), Ronaldo, 31 (1:1), Suares, 56 (2:1)

Rüstəm


Müəllif: