Mişel Platini yenidən UEFA-nın prezidenti seçilib.
Trend-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar qurumun bu gün keçirilən konqresində qəbul edilib.
Qərara əsasən Platini növbəti 4 il müddətində UEFA-nın prezidenti vəzifəsini icra edəcək.
Platini ardıcıl üçüncü dəfə UEFA prezidenti seçilir.
Qeyd edək ki, Platini 2007-ci ildə Düsseldorfda keçirilən konqresdə UEFA-nın prezidenti seçilmişdi.