Argentina millisinin düşərgəsində olan Lionel Messi bugünki məşqi yarımçıq dayandırıb. "Sport.es"in məlumatına görə, buna səbəb "Barselona"nın hücumçusunun ayağında ağrılar hiss eləməsi olub.
Bir müddət öncə isə Lionel Messinin zədələnməsi haqda onun rəsmi "twitter" səhifəsində də məlumat yayılıb. Futbolçunun sədələnib-zədələnmədiyi sabahkı tibbi baxışdan sonra bilinəcək. Argentina martın 29-u Salvadora, aprelin 1-i isə Ekvadora qarşı yoldaşlıq oyunları keçirəcək.