25 Mart 2015 08:53
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 24-də Bakının qadınlardan ibarət “Rabitə” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyununu keçirib.

Azərbaycan çempionu Rusiyanın Krasnodar şəhərində yerli “Dinamo” komandası ilə qarşılaşıb.

Finlandiyalı baş hakim Ahti Huntaniskanın idarə etdiyi oyun 3:1 hesabı ilə Rusiya komandasının xeyrinə başa çatıb.

Komandalar arasında cavab görüşü martın 28-də Bakıda keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər