25 Mart 2015 15:10
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komanda üzvləri və baş məşqçi Karlo Ancelottini təhqir edən tərəfdarlar onların avtomobillərinə də zərər yetiriblər.

Teleqraf.com xəbər verir ki, "Real" İspaniya La Liqasının son turunda "Barselona"ya məğlubiyyətdən sonra Madridə dönən və səhərə yaxın məşq bazasından çıxan bəzi futbolçuları təhqir edib, avtomobillərinə hücum çəkən 3 fanatına cinayət işi açılması üçün polisə müraciət edib.

Komanda üzvləri və baş məşqçi Karlo Ancelottini təhqir edən tərəfdarlar onların avtomobillərinə də zərər yetiriblər.

Hadisədən sonra klub tərəfindən yayılan yazılı məlumatda bildirilir ki, həmin 3 şəxsin kimliyi müəyyənləşib, aralarından birinin klub üzvü olduğu məlum olub.

"Real" hər üç fanata stadiona giriş qadağası qoyub. Bundan əlavə, polisə müraciət olunub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər