25 Mart 2015 22:38
567

Ən varlı futbol məşqçilərinin reytinqi tərtib olunub.

Məlumata görə, "France Footbal" nəşri tərəfindən ötən ilin yekunlarına əsasən hazırlanan onluğun ilk pilləsində “Çelsi”nin portuqaliyalı baş məşqçisi Joze Mourinyo qərarlaşıb. Onun illik gəliri 18 milyon avro olub. İkinci yeri 15,5 milyon avro ilə “Real”ın çalışdırıcısı Karlo Ançelotti, 3-cü pilləni 15,2 milyon avro ilə “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola tutub.

4-cü yerdə – 11,3 milyon avro ilə Arsen Venger (“Arsenal”), 5-ci yerdə – 10 milyon avro ilə Lui Van Qal (“Mançester Yunayted”), 6-cı yerdə 9 milyon avro ilə Fabio Kapello (Rusiya yığması), 7-ci yerdə 8,5 milyon avro ilə Andre Villaş-Boaş (“Zenit”), 8-ci yerdə 8 milyon avro ilə Sven-Eran Eriksson (“Şanxay Telleys”), 9-cu yerdə 7,2 milyon avro ilə Yurgen Klopp (“Borussiya” Dortmund), 10-cu yerdə 7 milyon avro ilə Loran Blan (“PSJ”) və Devid Moyes (“Real Sosyedad”) qərarlaşıblar./ans/


Müəllif: