28 Mart 2015 17:57
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastı Oleq Stepko Qətərdə keçirilən idman gimnastikası üzrə World Challenge Cup turnirində qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, O.Stepko birinci olub, ikinci yeri Kolumbiya təmsilçisi Xossimar Kalvo qazanıb, üçüncü yerin sahibi isə rumıniyalı gimnast Andrey Muntean olub.

O.Stepko bruslarda etdiyi çıxışıyla rəqiblərini arxada qoyub və birinci olub.

Qeyd edək ki, bu qızıl medal World Challenge Cup turnirində qazanılan ilk medaldır.


Müəllif: