29 Mart 2015 23:25
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğu və şəhər polis idarəsi idmançının ölümü ilə bağlı açıqlama yayıb.

Bakı Şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, martın 27-də Hövsan qəsəbəsində həvəskarlar arasında keçirilən idman yarışında Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Natiq oğlunun Quba rayon sakini, 1987-ci il təvəllüdlü Zeynalov Ramin Əliabbas oğluna qarşı fənd işlətməsi nəticəsində sonuncunun yıxılaraq ölməsi faktına görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: