30 Mart 2015 11:42
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi və beynəlxalq turnir başa çatıb.


Teleqraf.com xəbər verir ki, bu yarışlar vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışları ilə yadda qalıb. Azərbaycan yığmasının lideri və qarşıdan gələn Avropa oyunlarının idman səfiri, Marina top və lentlə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də yaxşı nəticə göstərərək 4-cü yerdə qərarlaşıb. Bundan əlavə, o, çoxnövçülükdə 5-ci yeri tutub.

Digər bürünc medalı isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirdə iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyeva qazanıb.

Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışları da diqqətdən kənarda qalmayıb. Əfsanəvi pop-musiqisinin kralı Maykl Ceksonun “Smooth Criminal” mahnısının sədaları altında icra olunan və artıq bədii gimnastika aləmində məşhur olmuş çıxışları bütün tamaşaçıları ayağa qaldırıb. Yarışın yekunları üzrə dördüncü gələn azərbaycan gimnastlarının çıxışı gurultulu alqışlarla qarşılanıb.


Müəllif:

Oxşar xəbərlər