"Yuventus" "Çelsi"nin yarımmüdafiəçisi Oskarla yaxından maraqlanır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. "Qoca Sinyora"nın skautları Braziliya millisinin son yoldaşlıq görüşünü birbaşa arenadan izləyiblər.
Qeyd edək ki, cari mövsümdə 37 matçda meydana çıxan Oskarın aktivində 7 qol, 7 məhsuldar ötürmə var.
Rüstəm