Gənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirakı zamanı məşəlin aprelin 26-da yandırılacağını deyib.
Teleqraf.com xəbər verir ki, məşəl yandırıldıqdan sonra onun Azərbaycanın bütün regionlarına, şəhərlərinə məşhur insanlar, idmançılar ilə birgə səfəri başlayacaq. Nazir bildirib ki, sonda Oyunların keçirilməsinə bir gün qalmış məşəlin Bakı şəhərində Olimpiya stadionunda yandırılması nəzərdə tutulur.
A.Rəhimov həmçinin aprel ayı ərzində Bakıda bütün idman qurğularının istifadə veriləcəyini söyləyib: "Biz aprelin 10-a qədər su idman mərkəzinin təhvil veriləcəyini gözləyirik. Ondan sonra Avropa Parkı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları növbəti ay ərzində olmalıdır. Bundan sonra biz deyə bilərik ki, Bakı şəhəri böyük və möhtəşəm yarışları qəbul etməyə tam şəkildə hazır olacaq".
Rüstəm