"Barselona" rəhbərliyi baş məşqçi Luis Enrikeyə yeni müqavilə təklif etmək fikrindədi.
Teleqraf.com xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Bu qərar "El Klasiko"dakı qələbədən sonra qəbul olunub. Komandanın hər 3 cəbhədə uğurlu çıxış etməsi rəhbərliyi qane edir.
Luis Enrikenin hazırkı müqaviləsi 2016-cı ilin yayına qədər nəzərdə tutulub. Razılıq əldə olunacağı təqdirdə müddətin daha bir il uzadılacağı gözlənilir.
Rüstəm