Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Trend-in məlumatına görə, ilk oyun Zaqatalada baş tutub. “Simurq” AZAL-ı qəbul edib. Oyunun 37-ci dəqiqəsində Draqan Çeran penalti zərbəsini dəqiq yerinə yetirib - 1:0. Matç elə bu hesabla da başa çatıb.
Beləliklə, "Simurq" 24 oyundan 35 xal toplayaraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Onun ən yaxın izləyicisi "Qəbələ"nin 34 xalı var.
Bu gün, həmçinin “Xəzər Lənkəran” - “Sumqayıt”, “Neftçi” - “Bakı” qarşılaşmaları keçirilir.
Tura sabah "Qarabağ" - "İnter" oyunu ilə yekun vurulacaq.