İyunda Bakıda keçiriləcək Avropa Oyunlarının reklam çarxı hazırdır.
Teleqraf.com xəbər verir ki, bu çarx ölkəmizdə keçiriləcək Yay Avropa Oyunları üçün çəkilmiş ilk televiziya reklamıdır.
"Bakı 2015- Böyük yarışa hazır olun!" adlı televiziya reklamı artıq yayıma buraxılıb. Avropa oyunlarına 71 gün qalması isə idman yarışının açılış mərasiminə hazırlıq işlərinin sürətləndirilməsinə təkan verib. Stadionun baş meneceri Ron Kameron deyib ki, arena bu gündən etibarən 24 saatlıq iş rejiminə keçib. Hazırda açılış mərasimi üçün 500 əməkdaş çalışır. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Sutkalıq iş rejiminə start verilib. İyunun 21-22-də burada keçiriləcək atletika yarışları üçün təchizat qurulacaq. Yarışda qaliblər müəyyənləşdikdən sonra bağlanış mərasiminin hazırlıqlarına başlanılacaq.
Teleqraf.com həmin videonu təqdim edir:
Rüstəm