3 Aprel 2015 14:57
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan-2015" veloyürüşünin iştirakçıları arasında tanınmış velosipedçilər olacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasından ( AVİF) Teleqraf.com-a verilən məlumata görə, onlardan biri Amerika Birləşmiş Ştatlarının "Airgas-Safeway Cycling" komandasının üzvü Kris Hornerdir.

K.Horner 2013-cü ildə "Radio Shack" komandasının heyətində çıxış edərkən, planetin ən nüfuzlu 3 velosiped yarışından biri sayılan "Vuelta"nın qalibi olmaqla adını dünya idmanı tarixinə yazıb. O, bu titulu əldə etmiş ən yaşlı idmançıdır. 2013-cü ildə "Vuelta" yürüşünün qalibi olarkən K.Hornerin 42 yaşı olub.

Azərbaycana ölkəsinin "Airgas-Safeway Cycling" komandasının heyətində gələcək velosipedçi "Tour d’Azerbaïdjan"da iştirakını karyerasının yeni səhifəsi kimi dəyərləndirib: "20 illik karyeram ərzində dünyanın bir çox yerlərində olmuşam. Həmişə yeni bir ölkəyə getdikdə, yeni mədəniyyətlə tanış olduqda bundan böyük məmnunluq hissi keçirirəm. Odur ki, "Tour d’Azerbaïdjan-2015"də iştirakımı səbirsizliklə gözləyirəm".

AVİF-nin baş katibi Fərhad Əliyev Kris Hornerin "Tour d’Azerbaïdjan-2015" də iştirakını önəmli hadisə kimi dəyərləndirib və bunu yarışın artan nüfuzu kimi dəyərləndirib: "Belə bir idmançını Azərbaycanda görmək olduqca xoşdur və düşünürəm ki, bu amil həm velosipedsevərlərin, həm də mətbuatın böyük marağına səbəb olacaq. Digər tərəfdən, tanınmış velosipedçilərin Azərbaycan Turunda iştirakı yarışımızın dünyada artan nüfuzundan xəbər verir. Bu isə kifayət qədər qürurverici məqamdır".


Müəllif:

Oxşar xəbərlər