“PSJ”nin müdafiəçisi Qreqori van der Vil yayda komandanı tərk edə bilər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin uzadılması ilə bağlı problemlər yaranıb. Paris klubu hollandiyalı futbolçunun istədiyi məbləği ödəmək niyyətində deyil.
Van der Vil komandanı tərk edəcəyi təqdirdə əlavə transferə ehtiyac duyulmayacaq. Mənbənin məlumatına görə, Markinyos sağ cinahda oynayacaq. “PSJ” artıq Dani Alveslə maraqlanmır.
Rüstəm