3 Aprel 2015 17:47
394

“Sauthempton”un forvardı Qratsiano Pelle karyerasını İtaliyada davam etdirə bilər.

Teleqraf.com “The Mirror”a istinadən məlumatına görə, “Latsio” onunla yaxından maraqlanır.

Miroslav Klozenin yayda komandanı tərk edəcəyi gözlənilir. Roma klubu alman futbolçunun boşluğunu Pelle ilə doldurmaq istəyir.

Xatırladaq ki, İtaliya millisinin üzvü “Feyenoord”dan “Sauthempton”a 10 milyon avro qarşılığında transfer olmuşdu.

Rüstəm


Müəllif:
Загрузка...