Ağdamın "Qarabağ” klubu ciddi itki ilə üzləşib.
ANS PRESS-in məlumatına görə, Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın xidmətindən məhrum olub.
Almeyda Premyer Liqanın XXVIII turunun "Bakı” ilə qarşılaşmasında komandasına kömək edə bilməyəcək. Buna səbəb brazilyalı futbolçunun cəzalı duruma düşməsidir.
Belə ki, XXVII turun "İnter”lə dünən baş tutan oyununda sarı vərəqə alan Riçard Almeyda cəzalı duruma düşüb. Bu da onun növbəti turu buraxması ilə nəticələnib.
Qeyd edək ki, "Bakı" - "Qarabağ" oyunu aprelin 5-də baş tutacaq.