3 Aprel 2015 23:57
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın daha bir futbolçusu yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Xames Rodriqes zədəsini tam sağaldıb. 10 gündür komanda ilə birgə məşq edən kolumbiyalı yarımmüdafiəçi artıq istənilən formanı yığıb. Onun İspaniya La Liqasında "Qranada"ya qarşı matçda oynayacağı bildirilib.

Qeyd edək ki, "Real" - "Qranada" görüşü aprelin 5-i keçiriləcək.

Xatırladaq ki, X.Rodriqes fevral ayında İspaniya La Liqasında "Sevilya"ya qarşı matçda ayağı qırılmışdı. Bu səbəbdən o, əməliyyat olunmuşdu./qol.az/


Müəllif: