“PSJ”nin aparıcı futbolçularından olan Edinson Kavani mövsümün sonunda iş yerini dəyişə bilər.
Teleqraf.com xəbər verir ki, buna səbəb futbolçununun komandanın baş məşqçisi Loran Blanla yola getməməsidir.
"Canal+" xəbər verir ki, Uruqvay yığmasının 28 yaşlı oyunçusunun xidmətində "Yuventus", "Mançester Yunayted" və "Atletiko" klubları yaxından maraqlanır.
Fransa Liqa 1-in son turunda PSJ-nin səfərdə "Marsel"ə 3:2 hesabı ilə qalib gəldiyi görüşün 59-cu dəqiqəsində Kavani əvəzləndiyinə görə Loran Blana etirazını sərt şəkildə bildirib.
Məlumatda qeyd edilir ki, bu hadisədən sonra tərəflər arasında vəziyyət daha da pisləşib.
Rüstəm