6 Aprel 2015 19:05
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“K-1”-in ulduzlarından azərbaycanlı Zabit Səmədovu növbəti döyüş gözləyir.

Publika.az xəbər verir ki, həmyerlimiz bu dəfə aprelin 17-də Dubayda döyüşə çıxacaq. “Global Fighting Championship 4 Man” adlı turnirin yarımfinal döyüşündə Zabitin rəqibi 38 yaşlı Stiv Makkinnon olacaq. İdmançımızın rəqibi 8 yaş gəncdir.

Digər yarımfinalda isə iranlı Cəfər Əhmədi və alman Dano İlinqa görüşəcəklər. Yarımfinalın qalibləri 1 milyon dirhəm (təxminən 272 min Amerika dolları) alacaq. Qeyd edək ki, final döyüşü dekabr ayında baş tutacaq. Bu döyüşün qalibi isə 1 milyon dolların sahibi olacaq.

Məlumat üçün bildirək ki, Makkinon keçirdiyi 52 döyüşün 45-də (40-ı nokaut ilə) qalib gəlib, 7-də isə məğlub olub.

Səmədov rəqibindən gənc olsa da, daha çox təcrübəyə sahibdir. Azərbaycanlı döyüşçünün aktivində 82 döyüş var. Bunların 72-də qələbə qazanıb (35-i nokaut).

Boylarında da fərq var. Zabit Səmədov 183 sm, Stiv Makkinnon isə 188 sm boya malikdir.


Müəllif:

Oxşar xəbərlər