Niderland 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunları üçün əsas namizəddir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) vitse-prezidenti Aleksandr Kozlovskiy bildirib.
A.Kozlovskiy qeyd edib ki, ikinci Avropa Oyunlarına ev sahibi seçimi 2015-ci ilin mayında Türkiyədə AOK-un fövqəladə assambleyasında baş tutacaq: "Beynəlxalq Olimpiya Komitəsindən fərqli olaraq, AOK-un seçimlərə öz yanaşması var. Biz özümüz ərizə kampaniyası və namizədlər arasında müsabiqə elan etmədik ki, Komitə üzvlərinin puluna qənaət olunsun. Oyunların keçiriləcəyi yeri özümüz seçəcəyik. Hazırda bu oyunların keçirilməsi üçün ən münasib ölkə Niderlanddır. Mayda Avropanın olimpiya komitələrinin ənənəvi seminarı keçiriləcək. Sonuncü gün Fövqəladə Assambleya təşkil olunacaq. Toplantı 1 saatdan az çəkəcək və çox ehtimal ki, növbəti Avropa Oyunlarının ev sahibi kimi Niderland təklif olunacaq”.
Onun sözlərinə görə, oyunlar təkcə Amsterdam və Rotterdam şəhərlərində yox, bütün ölkə boyunca keçiriləcək.
Xatırladaq ki, ilk Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.