8 Aprel 2015 11:52
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parislilər "Napoli"nin forvardı Qonsalo Hiquainlə yaxından maraqlanır.

Teleqraf.com-un məlumatına görə, bu barədə "La Gazzetta dello Sport" xəbər yayıb. Neapol klubu Çempionlar Liqasından kənarda qalacağı təqdirdə argentinalının komandanı tərk edəcəyi gözlənilir. Hazırda Rafael Benitesin yetirmələri Avropanın ən aparıcı klub turnirinə vəsiqə imkanı verən 3-cü pillədə qərarlaşan "Latsio"dan 8 xal geri qalırlar. Ancaq "Napoli"nin daha bir şansı var. Bildiyiniz kimi, İtaliya təmsilçisi Avropa Liqasında mübarizəni davam etdirir. Yeni qaydalara əsasən, sözügedən turnirin qalibi adını qazanan komanda növbəti mövsümdən etibarən birbaşa Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlayacaq.

Cari mövsümdə "Napoli" forması ilə 44 matçda meydana çıxan Hiquainin aktivində 23 qol, 5 məhsuldar ötürmə var.

“PSJ” ilə yanaşı, "Arsenal" da hücumçu ilə yaxından maraqlanır.

Rüstəm


Müəllif: