8 Aprel 2015 13:44
315

"Milan"ın müdafiəçisi Pablo Armero karyerasını "Flamenqo"da davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, futbolçu bu gün tibbi müayinədən keçmək üçün Braziliyaya yollanacaq.

28 yaşlı müdafiəçi keçən mövsüm "Udineze"dən transfer edilmişdi.

Armero cari mövsümdə İtaliya A Seriyasında cəmi 8 matçda meydana çıxıb və hansısa məhsuldar göstərici ilə yadda qalmayıb.

Rüstəm


Müəllif:
Загрузка...