Bu həftə Topaz Premyer Liqasının XXIX turunun oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, 29-cu turda keçiriləcək oyunları idarə edəcək hakimlər müəyyən olub. Turun mərkəzi oyunu Lənkəranda baş tutacaq. Yerli "Xəzər Lənkəran" klubu "Neftçini qəbul edəcək. Oyun saat 17.00-da başlayacaq.
Teleqraf.com bu turun oyunlarını siyahısını təqdim edir:
9 aprel (cümə axşamı)
“Xəzər Lənkəran” – “Neftçi”
“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 17:00
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Qəbələ” – “Simurq”
Qəbələ şəhər stadionu. Saat 19:00
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Asim Xudiyev
“Qarabağ” – AZAL
“Bakcell Arena”. Saat 17:00
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
“Sumqayıt” – “Bakı”
“Kapital Bank Arena”. Saat 17:00
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Rövşən Əhmədov
Rüstəm