8 Aprel 2015 17:39
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspan oyunçunun növbəti mövsümdən yeni komandasında çıxış edəcəyi bildirilir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Barsa"nın direktoru Albert Soler 35 yaşlı yarımmüdafiəçinin agenti İvan Korretxa ilə görüşüb. Klub rəhbərliyi Xavini fikrindən daşındırmağa çalışır ki, futbolçu 2016-cı ilə qədər komandada qalsın.

Xavinin karyerasını Qətərdə davam etdirəcəyi gözlənilir. Artıq təcrübəli oyunçu ötən həftə onu heyətinə cəlb etmək istəyən "Al-Sadd" klubuna baş çəkib.

İspan oyunçunun növbəti mövsümdən yeni komandasında çıxış edəcəyi bildirilir. Həmçinin qeyd olunur ki, Xavi "Al-Sadd"da ilinə 10 milyon avro qazanacaq.

Rüstəm


Müəllif: