8 Aprel 2015 18:47
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Siti" "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba ilə yaxından maraqlanır.


Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb. "Şəhərlilər" fransız futbolçunun müqabilində Edin Ceko və Samir Nasrini qarşı tərəfə göndərməyə hazırdı.

Turin klubu isə 100 milyon avro tələb edir. "Mançester Siti" ilə yanaşı, digər Avropa nəhəngləri də yarımmüdafiəçi ilə yaxından maraqlanırlar.

Cari mövsümdə ümumilikdə 34 matçda meydana çıxan Poqbanın aktivində 9 qol, 4 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: