İspaniya La Liqasının son turunda səfərdə "Selta"ya 1:0 hesabı ilə qalib gələn "Barselona"nın ulduz futbolçusu Lionel Messi cəzalana bilər.
Teleqraf.com xəbər verir ki, buna səbəb argentinalı forvardın hakim Qarridonu təhqir etməsidi. Referinin oyun ərzində ona qarşı edilən qayda pozuntularını qeydə almaması Messinin qəzəbinə səbəb olub.
Nəticədə təcrübəli futbolçu görüşün baş hakimini ispan dilində təhqir edib.
İspaniya Futbol Federasiyasının həmin epizodlarla bağlı aparacağı araşdırmalardan sonra Messinin hakimi təhqir etməsi sübuta yetirilərsə, o, cəzalandırılacaq
Rüstəm