"Beşiktaş" yeni mövsümdən etibarən ev oyunlarını "Vodafone Arena"da keçirəcək.
Teleqraf.com xarici mətbuata istiandən xəbər verir ki, artıq stadionun tikintisi tamamlanmaq üzrədi. "Beşiktaş" uzun müddətdir ki, arenanın açılış oyunuyla əlaqədar dünyanın müxtəlif məşhur klubları ilə danışıqlar aparırdı. "Fanatik"in xəbərinə görə, artıq "qara qartal" və "Çelsi" arasında razılıq əldə olunub.
Stadionun açılış tarixi dəqiqləşdikdən sonra "Beşiktaş" - "Çelsi" matçının biletləri satışa çıxacaq.
Rüstəm