"Barselona"nın hücumçusu Luis Suares "Copa"ya verdiyi müsahibədə Lionel Messinin ondan "9 nömrə" mövqesində oynamasını istədiyini etiraf edib.
Teleqraf.com xəbər verir ki, uruqvaylı futbolçu həmçinin "Real"ın onu transfer etmək istədiyini, ancaq xəyallarının komandasının "Barselona" olduğunu sözlərinə əlavə edib:
"Real" çox istəyirdi ki, məni transfer etsin. Ancaq həmişə "Barselona"da oynamağı xəyal etmişəm. Katalon klubunun mənimlə maraqlandığını eşidəndə bir dəqiqə də olsun tərəddüd etmədim.
Karyeramı burada bitirməyim mümkünsüz görünür. Əvvəllər də demişəm ki, bir gün "Ayaks" və yaxud da "Nasyonal"a qayıdacağam.
Leo əla komanda yoldaşıdı. Bir dəfə oyun zamanı "9 nömrə" mövqeyinə keçmişdim. Messi mənə həmin mövqedə qalmalı olduğumu dedi. Matçdan sonra Luis Enrike bunun əla qərar olduğunu bildirdi. Elə buna görə də mən "9 nömrə" kimi oynamağa davam edirəm".
Rüstəm