12 Aprel 2015 16:03
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dieqo Maradona qeyri-adi açıqlamaları ilə gündəm yaradıb.

Teleqraf.com xəbər verir ki, Kolumbiyada yardım kampaniyasına dəstək vermək məqsədi ilə keçirilən matçda meydana çıxan canlı əfsanə qarşılaşmanın ardından mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Maradona mətbuat konfransı zamanı Radamel Falkaoya dəstək verməklə yanaşı, "mankunyanlar"ın baş məşqçisi Lui van Qalı şeytana bənzədib:

"Zədədən sonra Falkaonun kifayət qədər forma şansı olmur. Dəyişikliklərə öyrəşmək üçün mütləq meydana çıxmalıdı.

Van Qala gəlincə isə, o, yaxşı insan deyil. Van Qal şeytandı".

Rüstəm


Müəllif: