13 Aprel 2015 10:02
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərbəst güləşçilərimiz Dünya Kubokunu 3-cü yerdə başa vurublar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. Yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edib.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayıb.

Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub edib. Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan yığmamız qrupu 2-ci sırada tamamlayıb. Beləliklə, komandamız digər qrupun ikincisi, Rusiya yığması ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Yekunda 4-4 hesablı bərabərlik qeydə alınsa da, xal hesabı ilə Rusiyadan üstün olan yığmamız Dünya Kubokunu 3-cü sırada tamamlayıb və bürünc medallara sahib olub.

YEKUN:

1. İran

2. ABŞ

3. Azərbaycan

4. Rusiya

5. Belarus

6. Monqolustan

7. Kuba

8. Türkiyə


Müəllif: