“Çelsi”nin “Vitess” klubunda icarə əsasında çıxış edən futbolçusu Vallas cinsi cinayətə görə həbs olundu.
Teleqraf.com xəbər verir ki, braziliyalı futbolçu təcavüzdə şübhəli bilinərək nəzarətə alınıb. Aparılan sorğudan sonra müdafiəçi sərbəst buraxılıb.
20 yaşlı sambaçı aprerlin 9-da baş vermiş cinayətdə şübhəli bilinərək saxlanılıb.
Polis açıqlamasına : “Hazırda nə olduğunu tam olaraq bilmirik. Təcavüz etməkdə şübhəli bilinir, ancaq istinaqın nəticələrini gözləməliyik.” bildirib.
Qeyd edək ki, futbolçunun adı “Vitess”-“Excelsior” maçının iştirak ərizəsinə salınmayıb.
Rüstəm