Voleybol üzrə qadınlar arasında Super Liqada 2014/15 mövsümü başa çatıb.
Publika.az-ın məlumatına görə, Voleybol Mərkəzində keçirilən həlledici qarşılaşmalarda əvvəlcə bürünc medallara iddialı komandalar üz-üzə gəlib. “Azəryol”la “Azərreyl” görüşüb.
“Azərreyl”in güclü mübarizəsinə baxmayaraq, “Azəryol” ikinci dueldə də 3:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Super Liqanın bürünc mükafatına sahib olub.
Həlledici görüşdə isə “Rabitə” və “Lokomotiv” klubları qarşılaşıb. İlk matçda olduğu kimi 3:1 hesabı ilə qalib gələn “Rabitə” ardıcıl 8-ci dəfə Azərbaycan çempionu adını qazanıb.
Üçüncü yer uğrunda, 2-ci oyun
15:00. “Azəryol” – “Azərreyl” – 3:0 (25:21, 31:29, 25:18)
İlk oyun: “Azəryol” – “Azərreyl” - 3:0 (25:22; 25:10; 25:16)
Final, 2-ci oyun
17:00. “Rabitə” – “Lokomotiv” – 3:1 (22:25, 25:20, 25:16, 25:13)
Final, ilk oyun: “Rabitə” - “Lokomotiv” - 3:1 (25:27; 25:21; 25:21; 25:19)