"Suonsi"nin müdafiəçisi Eşli Uilyams "Liverpul"un maraq dairəsinə düşüb.
Teleqraf.com "Daily Mirror"a istinadən xəbər verir ki, tərəflər yaxın günlərdə danışıqlara başlayacaqlar. Transferin yayda reallaşacağı gözlənilir.
Qeyd edək ki, Eşli Uilyams cari mövsümdə "Suonsi" forması ilə 34 matçda meydana çıxıb. O, 2008-ci ildən bəri Uels klubunda çıxış edir.
Rüstəm