13 Aprel 2015 20:55
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sevilya" ilə görüşün 74-cü dəqiqəsində meydanı tərk edən "Barselona"nın forvardı Neymar Luis Enrikenin bu qərarına əsəbiləşmişdi.

Teleqraf.com xəbər verir ki, meydanı tərk edən braziliyalı daha sonra baş məşqçiyə qarşı etdiyi hərəkətlə öz etirazını bildirmişdi.

İspaniya mətbuatında yayılan xəbərlərə görə, Luço Neymarın hərəkətindən narazıdı. Hamını maraqlandıran bir sual var: Luis Enrike "PSJ" ilə görüşdə hücumçunu əvəzedicilər skamyasında otuzduracaq?

Daha öncə Messi və Enrike arasında oxşar vəziyyət yaranmışdı. Nəticədə ispan mütəxəssis "Real Sosyedad"la oyunun ilk hissəsində Leonu meydana buraxmamışdı.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər