13 Aprel 2015 21:16
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, ilk görüşdə "Qarabağ" "Simurq"u sınağa çəkib. Hesabı Ağdam təmsilçisi açıb - 15-ci dəqiqədə Cavid Tağıyev fərqlənib. Gərgin keçən oyunda başqa qol qeydə alınmayıb - 1:0.

"Neftçi" isə "İnter"i qəbul edib. İlk hissədə Nikolas Kanales "Neftçi"ni irəli çıxarıb. Oyunun 71-ci dəqiqəsində Kanales dubla imza atıb.

Beləliklə, "İnter" səfər oyunundan əliboş qayıdıb.


Müəllif: