14 Aprel 2015 10:33
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə mətbuatı yazır ki, daha öncə adı PSJ ilə hallanan təcrübəli oyunçu almanların bir nömrəli hədəfidi.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Çelsi"də sərgilədiyi futbolla adından söz etdirən Branislav İvanoviç karyerasını Almaniya Bundeslqiasında davam etdirə bilər. Serbiyalı müdafiəçi "Bavariya"nın transfer siyahısında yer alıb.

Münhen klubu ard-arda zədələr alaraq karyerasını bitirmə təhlükəsi ilə üzləşən Holqer Badştuberin yerinə məhz İvanoviçi gətirməyi planlaşdırır.

İngiltərə mətbuatı yazır ki, daha öncə adı “PSJ” ilə adı hallanan təcrübəli oyunçu almanların bir nömrəli hədəfidi.

Məlumatda bildirilir ki, 31 yaşlı müdafiəçi London klubunun veteran futbolçulara ancaq 1 illik müqavilə təklif etdiyinin fərqindədi. Bu səbəbdən İvanoviçin 3 illik müqavilə təklif edən "Bavariya"ya keçmə ehtimalının daha çox olduğu bildirilir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər