“Çelsi” klubunun 19 yaşlılardan ibarət komandası çempion olub.
Teleqraf.com xəbər verir ki, U-19 Çempionlar Liqasının finalında "Çelsi" "Şaxtyor"la üz-üzə gəlib. Həlledici matça Nionda yerləşən "Kolovrey" stadionu ev sahibliyi edib.
"Zadəganlar" gərgin mübarizə şəraitində keçən görüşdən 3:2 hesabı ilə qalib ayrılıb.
19 yaşlıların Çempionlar Liqasının ilk qalibi "Barselona" olmuşdu.
Qeyd edək ki, U-19 Çempionlar Liqası ilk dəfə 2013-14 mövsümündə keçirilib və “Barselona” klubu qalib gəlib.
Rüstəm