"Milan"ın vitse-prezidenti Adriano Qalliani baş məşqçiləri Filippo İnzaginin klubdakı gələcəyi haqda açıqlama verib.
O, gənc mütəxəssisin yeni mövsümdə də "Milan"ı çalışdıracağını deyib:
"İnzaginin bizimlə müqaviləsi davam edir. O, növbəti mövsümdə də "Milan"da da işləyəcək. Bir daha təkrar edirəm ki, bu mövsüm baş məşqçi dəyişikliyi olmayacaq".