Növbəti mövsümdən etibarən Yurgen Kloppu Dortmund "Borussiya"sının baş məşqçi postunda görə bilməyəcəyik.
Teleqraf.com "Bild"ə istinadən xəbər verir ki, klub rəhbərliyi ilə görüşən alman mütəxəssis ayrılmaq istədiyini bildirib.
İddialara əsasən, Klopp hansısa nəhəng klubla anlaşmağa yaxın olduğu üçün bu qərara gəlib.
Kloppu "Maynts"ın baş məşqçisi Tomas Tuxelin əvəz edəcəyi gözlənilir.
Rüstəm