15 Aprel 2015 18:07
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda komandadan ayrılmayacaq.

Bu barədə isveçli forvardın meneceri Mino Rayola açıqlama verib.

O, İbrahimoviçin dörd oyunluq cəzalandırıldığı üçün PSJ-dən ayrılmaq istəyi ilə bağlı xəbərləri təkzib edib: "İbrahimoviç Parisi çox bəyənir və klubda onu hər şey qane edir. Klub rəhbərliyi ilə yaxşı münasibəti var. Ona görə də İbrahimoviç komandasını dəyişməyi düşünmür. Dörd oyunluq cəzanın ona hər hansı mənfi təsiri olmayacaq".

Qeyd edək ki, İbrahimoviç Fransa Liqasının "Bordo" ilə oyununda hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb./qol.az/


Müəllif:

Oxşar xəbərlər